Almaniya İsraili Qərb sahilində yeni məskənlər salmamağa çağırıb – ÖZƏL
10:51 DünyaAlmaniya hökuməti İsrailin İordan çayının Qərb sahilində yeni yaşayış məntəqələri inşa etməsinə qarşı çıxıb və bu fəaliyyəti dayandırmağa çağırıb.
"Yaşayış məntəqələrinin tikintisi beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini pozur", - deyə Almaniya XİN nümayəndəsi bildirib.
Olaylar.az xəbər verir ki, onun sözlərini DPA agentliyi yayıb.
Diplomat vurğulayıb ki, bu addım iki dövlət əsasında diplomatik həllə nail olunmasını və Beynəlxalq Məhkəmənin tələb etdiyi kimi İsrailin Qərb sahilindəki işğalına son qoyulmasını çətinləşdirir.
Almaniya hökuməti İsraili məskənlərin tikintisini dayandırmağa çağıraraq yalnız 4 iyun 1967-ci il sərhədlərində, tərəflərin razılığı ilə edilmiş dəyişiklikləri tanıdığını bəyan edib. XİN nümayəndəsi həmçinin hökumətin İsrail tərəfindən hər hansı ilhaq planlarını qətiyyətlə rədd etdiyini bildirib.