Mişustin və İranın birinci vitse-prezidenti Qırğızıstanda görüşüb - ÖZƏL
10:50 DünyaRusiya Baş naziri Mixail Mişustin Qırğızıstanın Çolpon-Ata şəhərində İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref ilə görüşüb. Görüş Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində keçirilən tədbirlər zamanı baş tutub. Olaylar.az xəbər verir ki, məlumata görə, söhbət Çolpon-Atadakı dövlət rezidensiyasında, Aİİ-yə üzv ölkələrin baş nazirlərinin dar formatda keçirilən iclası zamanı gerçəkləşib.
Hazırda İran, Özbəkistan və Kuba ilə yanaşı, Aİİ-də müşahidəçi statusuna malikdir. İran İslam Respublikası ittifaqın tədbirlərində iştirak edir və Aİİ ölkələri ilə fəal ticarət aparır. Aİİ ilə İran arasında azad ticarət sazişi qüvvədədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31