Zelenskini əvəzləyəcək şəxsin adı açıqlandı – İddia

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, ölkənin Böyük Britaniyadakı səfiri Valeri Zalujnı prezident Volodimir Zelenskini əvəz etməyəcək.

Olaylar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Ukrayna Ali Radasının sabiq deputatı Spiridon Kılınkarov açıqlamasında deyib ki, Zelenskinin siyasi gələcək üçün heç bir şansı yoxdur və o, çox şişirdilmiş bir fiqurdur.

Sabiq deputatın sözlərinə görə, prezident postuna real namizəd sabiq baş nazir Yuliya Timoşenkodur.

O, həmçinin əlavə edib ki, Ukraynada "parlament çevrilişi" ehtimalı var. Belə bir hadisə hakimiyyətin parlamentin əlində cəmlənməsi və Zelenskinin səlahiyyətlərinin məhdudlaşdırılması deməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31