ABŞ–Rusiya sammiti: Ukrayna və Avropa olmadan Moskvanın qələbəsi - ÖZƏL
10:24 DünyaABŞ və Rusiya prezidentləri - Vladimir Putin və Donald Trampın Alysakada (Ankorik şəhərində) keçiriləcək görüşü Ukrayna və Avropa İttifaqı nümayəndələrinin iştirakı olmadan baş tutacaq. Olaylar.az xəbər verir ki, The New York Times qəzetinin fikrincə, bu, Moskva üçün diplomatik qələbə hesab oluna bilər. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov avqustun 14-də bildirib ki, sammit avqustun 15-də Moskva vaxtı ilə saat 22:30-da başlayacaq və təkbətək söhbətlə açılacaq. Onun sözlərinə görə, görüşün əsas mövzusu Ukrayna böhranının həlli olacaq. Bununla yanaşı, liderlər qlobal sülh və təhlükəsizlik üçün daha geniş məsələlər, həmçinin aktual beynəlxalq və regional problemləri də müzakirə edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31