Modi: “Hindistan artıq nüvə şantajına boyun əyməyəcək” – ÖZƏL
10:23 DünyaHindistanın Baş naziri Narendra Modi bildirib ki, nüvə şantajı artıq ölkənin təhlükəsizlik sahəsində qərarlarına təsir göstərməyəcək.
Olaylar.az xəbər verir ki, o, bu fikirləri Hindistanın Müstəqillik Günü münasibətilə etdiyi çıxışında səsləndirib.
"İndiyə qədər uzun müddət nüvə şantajına məruz qalmışıq, amma artıq bununla barışmayacağıq. Terrorçular və onların havadarları bağışlanmayacaq, onlara eyni münasibət göstəriləcək. Nüvə təzyiqinə boyun əyməyəcəyik", - deyə Modi vurğulayıb.
Baş nazir Pahalgamda törədilən terror aktına cavab olaraq Hindistanın həyata keçirdiyi "Sindur" əməliyyatına da toxunub. Onun sözlərinə görə, hökumət silahlı qüvvələrə tam sərbəstlik verib: "Onlar strategiyanı, hədəfi və vaxtı özləri müəyyənləşdiriblər. Ordumuz on illərlə edilməyən addımı ataraq yüzlərlə kilometr dərinlikdə düşmən ərazisinə daxil olub və terrorçuların qərargahını məhv edib."