İrəvan məhkəməsi Rusiyanın adamının həbs müddətini uzatdı

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi təxminən 10 saat davam edən dinləmədən sonra Rusiyanın adamı Samvel Karapetyanın ilkin həbsinin 2 ay müddətinə uzadılmasına qərar verib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, məlumatı  jurnalistlərə onun vəkili Aram Vardevanyan verib.

Vəkil Karapetyana qarşı ittihamları əsassız və siyasi adlandırıb: "Təəssüf ki, məhkəmə Samvel Karapetyanın həbs müddətini 2 ay uzadıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31