Görüş yaxşı keçsə Tramp Zelenskiyə belə xəbər edəcək

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı münaqişəni bitirmək üçün razılığa gəlməyə hazır görünür.

Olaylar xəbər verir ki, Tramp "Fox News" radiosuna müsahibəsində deyib ki, əgər cümə günü Alaskada keçiriləcək görüş uğurla keçsə, o, Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderlərinə zəng edəcək. Əks halda, əlaqə yaratmayacaq.

Trampın sözlərinə görə, görüşün əsas məqsədi Ukraynanı da daxil edən ikinci bir toplantını təşkil etməkdir. Lakin dərhal atəşkəsin əldə olunacağı hələ də məlum deyil.(Milli.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31