Türkiyə terror təhlükəsini sıfıra endirməyi hədəfləyir - Ərdoğan
18:30 DünyaBu gün biz "Terrorsuz Türkiyə" prosesində yeni səhifə açırıq və ölkəmizə qarşı terror təhlükəsi ehtimalını sıfıra endirməyi hədəfləyirik.
Olaylar xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yaranmasının 24-cü ildönümünə həsr olunmuş təntənəli tədbirin iştirakçıları qarşısında çıxış edərkən bildirib.
Dövlət başçısının sözlərinə görə, konstruktivlik mühitinin qorunub saxlanılması və terrorizmə qarşı mübarizə üçün bütün məsələlərin həll edilməsi çox vacibdir.
"Türkiyədə siyasi qüvvələrin müxtəlif mövzularda mövqeləri üst-üstə düşməyə bilər və bu, normaldır. Lakin "Terrorsuz Türkiyə" məsələsində fikir ayrılığı olmamalıdır. "Xroniki terror problemi"nin aradan qaldırılmasına töhfə verən hər bir siyasətçi öz adını Türkiyə tarixinə yazacaq", - deyə o qeyd edib.
Türkiyə lideri terrorla mübarizədə populizmin yolverilməz olduğunu vurğulayıb və əlavə edib ki, "nə millət, nə də gələcək nəsillər bunu bağışlamayacaq".