ŞOK İDDİA: Ukrayna gizli şəkildə ballistik raketlər İSTEHSAL EDİRMİŞ

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukraynanın NATO-nun dəstəyi ilə Rusiyanın dərinliklərinə zərbə endirmək planlarının qarşısının alındığını açıqlayıb.

Olaylar.az xəbər verir ki, xidmətin məlumatına görə, Kiyev Almaniyanın maliyyələşdirməsi ilə sovet texnologiyaları və mövcud ehtiyatlar əsasında "Sapsan" ballistik raketlərinin istehsalını gizli şəkildə inkişaf etdirirmiş.

FTX iddia edir ki, bu raketlər NATO nümayəndələrinin razılığı ilə Rusiyanın dərinliklərinə hücumlar üçün nəzərdə tutulub.

Bildirilib ki, həyata keçirilən birgə xüsusi əməliyyat nəticəsində bu komplekslərin hazırlanmasında istifadə olunan Ukraynanın müdafiə-sənaye müəssisələrinə zərbə endirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31