Ukrayna Volqoqradda daha bir neft emalı zavodunu vurdu: Dağıntı və yanğın var

Bu gecə Ukrayna pilotsuz təyyarələrlə Rusiyanın Volqoqrad vilayətinə kütləvi zərbələr endirib.

Musavat.com region rəhbəri Andrey Boçanovun Telegram kanalında açıqladığı məlumata istinadən xəbər verir ki, "PUA qalıqları"nın düşməsi nəticəsində Volqoqrad vilayətində neft emalı zavodunda neft məhsullarının dağılması və yanğın baş verib: "Bu gecə Rusiya Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Qüvvələri Volqoqrad vilayəti ərazisinə iri PUA-nın hücumunu dəf edib. Dağıntıların düşməsi nəticəsində Volqoqrad Neft Emalı Zavodunda neft məhsullarının dağılması və yanğın baş verib".

Boçanovun dediyinə görə, hücum nəticəsində xəsarət alan olmayıb; Hadisə yerində yanğınsöndürənlər işləyir.

Baza Telegram kanalının məlumatına əsasən Volqoqrad sakinləri Krasnoarmeysk istiqamətində bir neçə güclü partlayış olduğuna dair məlumat veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31