Tramp Zelenski və Avropa liderləri ilə Putinlə gözlənilən görüşünü müzakirə edib
13 Avqust 20:03 DünyaABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski və Avropa liderləri ilə telefonla danışıb.
Olaylar xəbər verir ki, bu haqda "Axios" söhbətdən xəbərdar olan mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp söhbətində Rusiya Prezidenti Vladimir Putinlə gözlənilən görüşünün məqsədlərini açıqlayıb:
"Prezident Tramp Zelenskiyə və Avropa liderlərinə deyib ki, onun Vladimir Putinlə cümə günü keçiriləcək görüşündəki hədəfləri atəşkəsə nail olmaq və tam sülh sazişinin mümkün olub-olmadığını daha aydın başa düşməkdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31