Rusiya İsraili rusiyalı diplomatlara hücumu araşdırmağa çağırıb - ÖZƏL

Rusiyanın Tel-Əvivdəki səfirliyi İsrail hakimiyyətini Qüds yaxınlığındakı qanunsuz Givat-Asaf məskunlaşma ərazisində rusiyalı diplomatlara hücumla bağlı araşdırma aparmağa çağırıb.

Olaylar xəbər verir ki,hadisə iyulun 30-da baş verib. Rusiya nümayəndəliyinin üç əməkdaşı Qərb sahili boyunca 60 nömrəli yolda hərəkət edirdi. Qanunsuz məskunlaşma ərazisində yolda hərəkət İsrail məskunlaşma sakinlərinin toplu hücumu səbəbindən dayanıb; onlar Fələstin nömrəli avtomobillərə hücum etməyə başlayıb, diplomatların olduğu avtomobili isə əlləri və ayaqları ilə vurmağa başlayıblar.

"Qeyd etmək lazımdır ki, diplomatlar yaxınlıqda olan ən azı bir İsrail təhlükəsizlik xidməti avtomobilini görüb. Lakin, bizim əməkdaşlarımızın müşahidəsinə görə, heç bir cəhdlə məskunlaşma sakinlərinin hərəkətinə müdaxilə edilməyib", - Rusiya diplomatik missiyasının əməkdaşları bildiriblər.

Rusiyanın Tel-Əvivdəki səfirliyi İsrail Xarici İşlər Nazirliyinə müraciət edib və araşdırmanın nəticələri barədə məlumat verməyi xahiş edib.

Avqustun 5-də Moskva İsrail hakimiyyətinə hücumla bağlı rəsmi etiraz bildirib.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31