Filippo: Zelenskinin Almaniyaya səfəri köhnə dünya nizamının sonunu göstərir - ÖZƏL

Fransız "Patriotlar" partiyasının lideri Florian Filippo Vladimir Zelenskinin Ukrayna ilə bağlı onlayn görüşdə iştirak məqsədilə Berlində səfərini köhnə dünya nizamının sonunun əlaməti adlandırıb.

Olaylar xəbər verir ki,"Bu, köhnə dünya nizamının - müharibələrin, Aİ-də qanunsuzluğun, qərb sərtliyinin və xalqına qarşı nifrət bəsləyən liderlərin son görüntüləridir", - deyə o, X sosial şəbəkəsində yazıb.

Daha əvvəl Almaniyanın "Bild" qəzeti xəbər vermişdi ki, ABŞ Prezidenti Donald Tramp və Zelenskinin iştirak edəcəyi Avropa liderlərinin videokonfransı məlumat sızması təhlükəsinə görə yüksək məxfilik şəraitində keçiriləcək.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31