Almanların 49%-i Mertsin hakimiyyətdə qalacağına inanmır - ÖZƏL

Almaniya sakinlərinin demək olar ki, yarısı Federal Kansler Fridrix Mertsin səlahiyyət müddətinin sonuna qədər hakimiyyətdə qalacağına inanmır.

Olaylar xəbər verir ki,bu barədə "Bild" nəşri INSA İnstitutunun sorğu məlumatlarına istinadən yazır.

Sorğuya görə, Almanların 49%-i mövcud hökumətin bütün səlahiyyət müddətini başa vuracağına inanmır, 18%-i isə cavab verə bilməyib.

"Yalnız üçdə biri inanır ki, federal hökumət dörd il - növbəti seçkilər olan 2029-cu ilə qədər fəaliyyət göstərəcək", - materialda qeyd olunur.

Sorğuda iştirak edənlərin 40%-i həmçinin hesab edir ki, bu dörd il ərzində Almaniyanın iqtisadi vəziyyəti pisləşəcək. Bundan əlavə, almanların 35%-i miqrasiya sahəsində vəziyyətin daha da ağırlaşacağını düşünür.

Daha əvvəl "Focus" nəşri yazmışdı ki, 2029-cu ilə qədər Almaniyada büdcə kəsiri 172 milyard avroya çata bilər.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31