Türkiyə siyahı yaydı: Azərbaycan 6-cı sırada
17:01 DünyaAzərbaycan vətəndaşları bu ilin yanvar-iyul ayları ərzində Türkiyədə ümumilikdə 501 mənzil alıblar.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Komitəsi məlumat yayıb.
Rəqəmlərə əsasən, həmyerlilərimiz qardaş ölkədə yanvar ayında 50, fevralda 87, martda 66, apreldə 59, mayda 75, iyunda 71, iyulda isə 93 mənzil sahibi olublar.
Qeyd edək ki, təkcə iyul ayında Azərbaycan vətəndaşları Türkiyədə 93 mənzil alaraq, bu göstərici ilə 6-cı yerdə qərarlaşıblar. Siyahının ilk üç pilləsində isə Rusiya (315 mənzil), İran (152) və Almaniya (135) yer alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31