Samvel Karapetyan Ermənistanda yeni siyasi hərəkat elan edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, erməni iş adamı Samvel Karapetyan yaxın günlərdə iki mühüm hadisənin baş verəcəyini bildirib. Onun yaydığı bəyanatda qeyd olunur ki, sabah onun "qanunsuz həbsi" ilə bağlı məhkəmə iclası keçiriləcək. Karapetyan bu prosesi yalnız şəxsi məsələ kimi deyil, həm də ölkədə ədalətin mövcud olub-olmadığını müəyyən edəcək mühüm sınaq kimi dəyərləndirib.

Bundan əlavə, o, tezliklə ictimaiyyətə "Özünəməxsus" adlı yeni hərəkat təqdim edəcəyini açıqlayıb. Karapetyanın sözlərinə görə, bu təşəbbüs konkret ideyalar ətrafında formalaşıb və Ermənistan üçün geniş proqramlara malikdir. Hədəflər arasında iqtisadi inkişaf, biznes imkanlarının artırılması, ailə və milli dəyərlərin möhkəmləndirilməsi, Ermənistanın etibarlı tərəfdaş kimi nüfuzunun bərpası, Qarabağ əhalisinin ləyaqətli yaşayış hüququnun təmin edilməsi, təhsilin inkişafı ilə gənclərin gələcəyə inamının qaytarılması və Müqəddəs Kilsənin müdafiəsi yer alır.

Karapetyan "Özünəməxsus" hərəkatının gələcəkdə yeni bir siyasi qüvvəyə çevriləcəyini və bu qüvvənin bu gün ölkənin hər kəs üçün zəruri olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31