Tramp: Avropa liderləri Ukrayna üzrə razılaşmada maraqlıdır - ÖZƏL

ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda Avropa ölkələrinin liderləri ilə Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar aparacağını bildirib. Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, Avropa liderləri razılaşmanın əldə olunmasında maraqlıdır. "Yaxın günlərdə Avropa liderləri ilə danışacağam. Onlar yaxşı insanlardır və istəyirlər ki, razılaşma imzalansın", - Tramp "Truth Social" hesabında yazıb.
Avqustun 13-də Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski, Böyük Britaniya, Almaniya, İtaliya, Polşa, Finlandiya və Fransa liderləri, NATO baş katibi Mark Rutte, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Avropa Şurasının Prezidenti Antoniu Koştanın iştirakı ilə videokonfrans keçiriləcək. Görüşün təşəbbüskarı Almaniya kansleri Fridrix Mersdir. Onlayn müzakirələrdə qarşıdakı Rusiya-ABŞ sammiti ilə bağlı məsələlər də gündəmdə olacaq.
Rusiya Prezidenti Vladimir Putin və Donald Trampın görüşü isə avqustun 15-də Alyaskada baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31