“Ana Ermənistan”: Gümrüdəki 102-ci Rusiya hərbi bazasına hücum planı qəbuledilməzdir – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Ana Ermənistan" hərəkatı bəyan edib ki, bəzi "proqərbçi" qruplar Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasına qarşı aksiyaya hazırlaşır. Hərəkat aksiyanı kəskin şəkildə pisləyib və bunun Ermənistanın təhlükəsizliyinə qarşı yönəldiyini vurğulayıb.

Bəyanatda qeyd olunur ki, bazanın çıxarılması prosesinin baş tutması Ermənistanın Türkiyə və Azərbaycan qarşısında tamamilə zəif vəziyyətə düşməsi ilə nəticələnə bilər. Hərəkat həmçinin xatırladıb ki, xalq 110 il əvvəlki Genosid təcrübəsini yaşayıb və oxşar hadisələrin təkrarlanmasına yol verməməlidir.

"Ana Ermənistan" çağırış edib ki, Gümrü bələdiyyəsi və hüquq-mühafizə orqanları qanun çərçivəsində aksiyanın qarşısını almalıdır. Hərəkat həmçinin bildirib ki, bütün mövcud vasitələrlə Ermənistanın maraqlarını qoruyacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31