YPG-dən Türkiyəyə pis xəbər: Fidan çağırış etdi

PKK-nın Suriyadakı qollarından YPG mart razılaşmasına əməl etmir.

Olaylar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə birgə mətbuat konfransında deyib.

Nazir YPG idarəedicilərinə çağırış da edib:

"Türkiyə və bölgə üçün təhdid olmaqdan vaz keçsinlər, rəsmi Dəməşqlə təmasa keçərək razılaşmanı yerinə yetirsinlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31