Paşinyan türk ölkəsində keçiriləcək iclasa qatılmayacaq

"Ermənistanın Baş naziri Nikol Paşinyan 14-15 avqustda Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin Avrasiya Hökumətlərarası ŞurasınınQırğızıstanda keçiriləcək iclasında iştirak etməyəcək".

Olaylar.az verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan açıqlayıb.

Baqdasaryan Paşinyanın həmin müddətdə məzuniyyətdə olacağını və bu səbəbdən iclasa qatıla bilməyəcəyini deyib.

Məlumata görə, İrəvanın adından görüşə baş nazirin müavini Mqer Qriqoryan qatılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31