Latviya Ukrayna üçün ABŞ silahı alacaq – ÖZƏL

Latviya hökuməti Ukrayna üçün ABŞ istehsalı silahların alınmasına ən azı 2 milyon avro ayıracaq. 

Olaylar.az xəbər verir ki, bu barədə Baltikyanı respublikanın baş naziri Evika Siliņa məlumat verib. Onun sözlərinə görə, maliyyə həcmi dəqiqləşdiriləcək, lakin 2 milyon avrodan az olmayacaq.

Baş nazir bildirib ki, Riqanın Kiyev üçün alacağı silahlar arasında hava hücumundan müdafiə sistemləri və digər zəruri silahlar olacaq.

Qeyd edək ki, iyulun 14-də ABŞ prezidenti Donald Tramp Ağ Evdə NATO baş katibi Mark Rutte ilə görüşdə, Avropa ölkələrinin hesabına Ukraynaya ABŞ silahlarının tədarükü barədə razılığa gəldiyini açıqlayıb. NATO bu tədarüklərin koordinasiyasını həyata keçirəcək. Paketə Patriot sistemləri də daxil olacaq və 17 kompleksin verilməsi nəzərdən keçirilir. Trampın sözlərinə görə, NATO vasitəsilə Ukraynaya yönəldiləcək hərbi yardımın həcmi milyardlarla dollar olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31