Moldova hökuməti TikTok-da 443 kanalı dezinformasiya səbəbilə bloklayır - ÖZƏL
13 Avqust 11:59 DünyaMoldova hakimiyyəti TikTok sosial şəbəkəsində 443 kanalın bağlanması üçün addım atıb. Olaylar.az xəbər verir ki, rəsmi məlumata görə, bu kanallar dövlət qurumları və hakim Fəaliyyət və Həmrəylik Partiyası barədə yalan məlumatlar yaymaqda ittiham olunur.
Polis İdarəsinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir ki, 97 kanal hakim partiyanın siyasəti ilə bağlı dezinformasiya yayıb, 128 kanal isə ictimai şəxslərə qarşı böhtan xarakterli informasiya hücumlarında iştirak edib. Qurumun məlumatına əsasən, bu tipli müraciətlər əsasında indiyədək 160-dan artıq kanal artıq bloklanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31