ABŞ-dəki erməni təşkilatından dövlət katibinə Qarabağla bağlı müraciət – ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-dəki Erməni Assambleyasının həmsədrləri Oskar Tatosyan və Talin Yakubyan dövlət katibi Marko Rubiyoya məktub göndərərək, Azərbaycanın saxladığı bütün erməni əsirlərin, o cümlədən "Dağlıq Qarabağın (Artsaxın) siyasi rəhbərliyinin" azad olunmasını və "qayıdış hüququnun" təmin edilməsini tələb ediblər.

Məktubda vurğulanır ki, Artsax erməniləri üçün "qayıdış və mədəni sağ qalma" məsələsi hələ də həll olunmayıb. ABŞ-yə "ədalətli və dürüst nizamlanmanı" dəstəkləmək, habelə təhlükəsiz, könüllü və ləyaqətli qayıdışı təmin etmək çağırışı edilib.

Həmçinin sənəddə Ermənistanın təhlükəsizliyi üçün etibarlı təminatlar, Azərbaycan qoşunlarının ölkənin suveren ərazilərindən çıxarılması və hər hansı sazişin pozulmasına görə konkret nəticələrin müəyyənləşdirilməsi tələb olunur.

Bu müraciət, həmsədrlərin ilin əvvəlində Prezident Donald Trampa ünvanladıqları oxşar məktubdan sonra göndərilib. Orada da erməni əsirlərin azad olunması, təhlükəsizlik təminatları və "qayıdış hüququnun" qorunması istənilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31