Polşada rekord ixtisarlar: İlin sonunadək 80 min iş yeri ləğv ediləcək - ÖZƏL
13 Avqust 11:02 DünyaPolşa şirkətləri bu ilin sonuna qədər rekord sayda - 80 minədək iş yerini ləğv etməyi planlaşdırır. Olaylar.az xəbər verir ki,bu barədə Dziennik Gazeta Prawna qəzeti məlumat yayıb. Məlumata görə, planlaşdırılan ixtisarların miqyası 2024-cü ilin göstəricilərindən iki dəfə çoxdur və COVID-19 pandemiyasının başlanğıcında, 2020-ci ildə aparılan kütləvi ixtisarlardan da artıqdır. Ən çox ixtisarların kimya sənayesi müəssisələrində və nəqliyyat sektorunda olacağı gözlənilir. Məsələn, ölkənin ən böyük yükdaşıma şirkəti PKP Cargo rəhbərliyi sentyabrın 30-dək 765 işçini işdən azad edəcəyini açıqlayıb. Bu addım şirkətdə aparılan yenidənqurma prosesi ilə əlaqələndirilir.
Polşa Mərkəzi Statistika İdarəsinin məlumatına görə, bu ilin martında ölkədə ümumi işsizlərin sayı 837,6 min nəfər olub ki, bu da əmək qabiliyyətli əhalinin 5,4%-ni təşkil edir.