Böyük Britaniya, Almaniya və Fransa İrana sanksiya hədəsi göndərib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Financial Times yazır ki, Böyük Britaniya, Almaniya və Fransa BMT-yə məktub göndərərək, İran nüvə proqramı üzrə danışıqları bərpa etməsə, yeni sanksiyaların tətbiqini təşəbbüs etməyə hazır olduqlarını bildirib.

BMT baş katibi Antonio Quterreşə ünvanlanan məktubu Fransa xarici işlər naziri Jan-Noel Barro, Almaniya xarici işlər naziri Yoxann Vadeful və Böyük Britaniya xarici işlər naziri Devid Lemmi imzalayıb. Sənəddə "Avropa üçlüyü"nün sanksiyaların avqustda avtomatik bərpasının qarşısını almaq üçün onların qüvvədən düşmə müddətini uzatmağı İrana təklif etdiyi qeyd olunur.

Paris, Berlin və London vurğulayıb ki, əgər Tehran avqustun sonunadək diplomatik həllə razı olmaz və ya uzatma imkanından istifadə etməzsə, "snapback" mexanizmi işə salınacaq.

İrana qarşı sanksiyaların bərpası hədəsi iyulda səsləndirilib. Buna səbəb, İsrail və ABŞ-nin İranın nüvə obyektlərinə zərbələrindən sonra Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığı dayandırması olub. Daha sonra İran Böyük Britaniya, Almaniya və Fransa ilə nüvə danışıqlarını bərpa etməyə razılaşıb və bu görüş iyulun sonunda Türkiyədə keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31