Modi BMT tədbirini bəhanə edib ABŞ-a GEDİR: Əsas məqsədi...
13 Avqust 10:34 DünyaHindistanın baş naziri Narendra Modi sentyabrda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında iştirak bəhanəsi ilə ABŞ-a gedərək prezident Donald Trampla görüşməyi planlaşdırır.
Olaylar.az xəbər verir ki, məlumatı "The Indian Express" qəzeti yayıb.
Bildirilir ki, Modinin sentyabrın son həftəsində ABŞ-a səfərinə hazırlıq gedir. Rəsmi səbəb Nyu Yorkda BMT Baş Assambleyasına qatılmaqdır, lakin əsas məqsəd ticarət məsələlərini həll etmək və tariflərlə bağlı ortaq mövqeyə gəlmək üçün Trampla görüş olacaq. Modi həmin görüşdə ikitərəfli ticarət sazişinin bağlandığını elan etmək imkanı qazanmağa ümid edir.
Qəzetin yazdığına görə, tərəflər saziş bağlamağa yaxın olublar, lakin ABŞ prezidenti onun şərtlərindən narazı qalıb. Rəsmilər və danışıqlar aparan şəxslər bütün mübahisəli məsələləri həll etməli və sentyabrın sonuna qədər müqavilə bağlamalıdırlar. Gözlənilir ki, baş nazirin ABŞ-a səfəri bütün problemli nöqtələrin aradan qaldırılmasına imkan verəcək.
Hindistan tərəfi Modinin BMT Baş Assambleyasında çıxışını təşkil etmək üçün artıq BMT-nin mənzil-qərargahı ilə əlaqə saxlayıb. Bu məsələ ilə bağlı razılaşma avqustda başa çatmalıdır. Çıxış hazırda sentyabrın 26-da səhərə planlaşdırılıb.
Xatırladaq ki, ABŞ Hindistanın Rusiya neftini alması ilə əlaqədar ona 25 faiz əlavə rüsum tətbiq edib. Hindistan mallarına 25 faiz rüsum tətbiq edilməsi ilə bağlı Vaşinqtonun əvvəlki qərarı ilə birlikdə bu ölkə üçün tarif artıq 50 faizdir.