Putin və Trampın görüşü bu hərbi bazada keçiriləcək – KİV

ABŞ Prezidenti Donald Trampın RusiyaPrezidenti Vladimir Putinlə görüşü avqustun 15-də Alyaskanın Ankaric şəhərində yerləşən Elmenorf-Riçardson hərbi bazasında keçiriləcək.

Olaylar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, hazırda Alyaskada turizm mövsümi olduğundan iki liderin görüşü üçün uyğun yerlər məhdud olub.

Məsələ araşdırıldıqdan sonra hərbi baza tarixi görüş üçün bütün tələblərə cavab verən yeganə məkan olub.

Hazırda sammitə hazırlıq işləri davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31