Vuçiç: Prorusiya siyasətçilərinin vəzifədən azad olunacağı barədə xəbərlər yalandır - ÖZƏL
12 Avqust 18:13 DünyaSerbiyada bir sıra prorusiya siyasətçilərinin istefaya göndəriləcəyi barədə məlumat həqiqətə uyğun deyil.
Serbiya Prezidenti Aleksandar Vuçiçin bildirdiyinə görə, Belqrad öz siyasətini dəyişmir və dəyişmək niyyətində deyil.
Olaylar xəbər verir ki,Vuçiç onları "boş-boş sözlər" adlandırıb. O, həmçinin qeyd edib ki, Serbiya Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətində deyil.
"Bunların hamısı boş söhbətdir. Anlamıram, kimə lazımdır və kim uydurur", - deyə Vuçiç bildirib.
Bundan əvvəl TASS xəbər vermişdi ki, Qərbin təzyiqləri fonunda Serbiya hökumətinin başçısı Curo Matsut bir sıra prorusiya siyasətçilərini istefaya göndərə bilər.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31