İsveçrə Rusiya əleyhinə sanksiyaları genişləndirib - ÖZƏL
12 Avqust 16:49 Dünyaİsveçrə öz sanksiya siyahılarını genişləndirərək, qismən Avropa İttifaqının 18-ci sanksiya paketinə qoşulub. Olaylar.az xəbər verir ki, hökumətin rəsmi saytında dərc olunan məlumata görə, siyahıya 14 fiziki və 41 hüquqi şəxs, eləcə də üçüncü ölkələrdən olan 105 mülki gəmi əlavə edilib. Bundan başqa, 26 şirkətə qarşı ixrac nəzarəti üzrə daha sərt məhdudiyyətlər tətbiq olunacaq. Yeni tədbirlər 12 avqust saat 23:00-da qüvvəyə minəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31