Çin Ukrayna üzrə ədalətli və uzunmüddətli sülh sazişi çağırışı edib – ÖZƏL
12 Avqust 16:30 DünyaOlaylar.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tszyan bəyan edib ki, Pekin bütün maraqlı tərəflərin uyğun zamanda Ukrayna ilə bağlı danışıqlar prosesinə qoşulmasını və nəticədə uzunmüddətli, ədalətli, icrası məcburi sülh sazişinə nail olunmasını gözləyir.
"Biz gözləyirik ki, bütün maraqlı tərəflər uyğun zamanda sülh danışıqları prosesinə qoşulacaq və münaqişənin bütün tərəfləri tərəfindən qəbul ediləcək ədalətli, uzunmüddətli və icrası məcburi sülh sazişinə mümkün qədər tez nail olunacaq," - diplomat bildirib.
Lin Tszyan bu fikirləri Rusiya və ABŞ liderlərinin Alyaskada keçirilməsi planlaşdırılan görüşü ilə bağlı şərhində səsləndirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31