Polşalı general: Ukrayna müdafiəsi “domino effekti” ilə çökə bilər – ÖZƏL

Polşa Ordusunun Baş Qərargah rəisinin sabiq müavini, general Leon Komornitski bildirib ki, Ukraynanın ön cəbhədəki müdafiə xətti kritik vəziyyətdədir və yaxın vaxtlarda "domino effekti" ilə dağılma riski var. 

Olaylar.az xəbər verir ki, bu fikirləri o, Fakt qəzetinə müsahibəsində səsləndirib.

Generalın sözlərinə görə, Ukrayna bölmələri ciddi kadr çatışmazlığı ilə üzləşib. O qeyd edib ki, ağır texnika, dronların üstünlük təşkil etdiyi güclü istehkamları yarmaqda çətinlik çəkir, buna görə də Rusiya yüngül texnika - məsələn, motosikletlər - vasitəsilə müdafiədəki boşluqlardan istifadə edir.

"Birinci müdafiə xəttini yarandan sonra ruslar Ukraynanın arxasına keçərək qoşunlarını məğlub edə bilər," - Komornitski vurğulayıb. Onun sözlərinə görə, bu vəziyyət Ukrayna ordusunun döyüş ruhunu da sarsıda bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31