Çin Ukrayna böhranının sülh yolu ilə həllinə dəstək verir - ÖZƏL
12 Avqust 2025 14:59 DünyaÇin, Ukrayna böhranının sülh yolu ilə həllinə yönələn bütün səyləri dəstəklədiyini açıqlayıb. Olaylar.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Czyan bildirib.
Lin Czyan qeyd edib ki, Çin, böhranın sülh yolu ilə həllinə töhfə verən bütün təşəbbüsləri alqışlayır və Rusiya ilə ABŞ arasında əlaqələrin saxlanması, münasibətlərin yaxşılaşdırılması və Ukrayna böhranının siyasi həllinə yönəlmiş proseslərin irəliləməsi ilə bağlı məmnunluq ifadə edir. Çin Xarici İşlər Nazirliyi həmçinin ümid edir ki, bütün maraqlı tərəflər müzakirələrə qoşularaq uzunmüddətli, ədalətli və bütün tərəflər tərəfindən qəbul edilən sülh sazişinin əldə olunmasına nail olacaqlar.
Rəsmi nümayəndə vurğulayıb ki, "görüşlər zamanı bütün maraqlı tərəflərin münasib zamanlarda sülh danışıqlarına qoşulacağı və mümkün qədər tez ədalətli, uzunmüddətli, icra olunması məcburi olan sülh sazişinə nail olunacağı gözlənilir."
Bu açıqlama, Rusiyanın və ABŞ-nin Alyaskada keçiriləcək liderlər görüşü ərəfəsində verilib.