Ermənistan prokurorluğu Koçaryan və digər keçmiş rəsmilərə qarşı iddia qaldırıb – ÖZƏL
12 Avqust 2025 12:01 DünyaErmənistan Baş Prokurorluğu Antikorrupsiya Məhkəməsinə iddia ərizəsi təqdim edib.
Olaylar.az xəbər verir ki, bu barədə "NEWS.am"a qurumun mətbuat xidməti məlumat verib.
Baş Prokurorluq ölkənin sabiq prezidenti Robert Koçaryandan, keçmiş baş nazir müavini Armen Gevorkyandan, keçmiş müdafiə naziri Seyran Ohanyandan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının sabiq rəisi Yuri Xaçaturovdan 670 milyon dramın (təxminən 1,7 milyon ABŞ dolları) dövlət büdcəsinə qaytarılmasını tələb edir.
Qeyd olunur ki, sözügedən vəsait 2008-ci il 1-2 mart tarixlərində Yerevanda baş verən hadisələr zamanı zərərçəkənlərə dövlət büdcəsindən ayrılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31