İran və MAQATE nüvə proqramı üzrə məsləhətləşmələri davam etdirəcək – ÖZƏL

İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Tehranın nüvə proqramı ilə bağlı məsləhətləşmələri davam etdirmək barədə razılığa gəlib. Olaylar.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi məlumat verib.

Onun sözlərinə görə, Tehranda MAQATE baş direktorunun müavini Massimo Aparo ilə keçirilən görüşdə hazırkı şəraitdə əməkdaşlıq imkanları müzakirə olunub. Qəribabadi bildirib ki, görüş zamanı İran, İsrailin və ABŞ-nin ölkənin nüvə obyektlərinə hücumu zamanı agentliyin öhdəliklərini yerinə yetirməməsinə qarşı kəskin etiraz edib və MAQATE-nin bu məsələlərə yanlış yanaşmasının dəyişdirilməsini tələb edib.

MAQATE-nin İsrail və ABŞ-nin  İran nüvə obyektlərinə zərbələrini pisləməməsi Tehranın kəskin tənqidinə səbəb olub. İran bu mövqeni agentliyin fəaliyyətinin siyasiləşdirilməsi kimi qiymətləndirib. İyulun 2-də İran Prezidenti Məsud Pezeşkian MAQATE ilə əməkdaşlığın dayandırılması haqqında qanun imzalayıb. Xarici işlər naziri Abbas Əraqçi isə iyulun 22-də bəyan edib ki, gələcəkdə agentlik müfəttişlərinin ölkəyə qayıtması istisna edilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31