ABŞ və Çin gömrük rüsumlarının artırılmasını noyabra qədər təxirə saldı - ÖZƏL

ABŞ və Çin, gömrük rüsumlarının artırılması üçün müəyyən edilən müddətin bitməsinə bir neçə saat qalmış, qərarı 10 noyabra qədər uzadıb. Olaylar.az xəbər verir ki, birgə açıqlamada qeyd olunub ki, rüsum artımı 12 avqustdan etibarən 90 gün müddətinə təxirə salınır. Açıqlama ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanan müvafiq sərəncamla rəsmiləşdirilib. Məlumata görə, qərar may, iyun və iyulun sonunda Stokholmda keçirilən danışıqların nəticəsində əldə olunub. Sazişə əsasən, ABŞ Çindən idxal olunan mallara 30%-lik tarif tətbiq etməyə davam edəcək, Çin isə ABŞ mallarına 10%-lik rüsum tətbiq edəcək. Bu qərar tərəflərə ticarət balansındakı disbalansı aradan qaldırmaq və qarşılıqlı problemlərin həlli üçün əlavə danışıqlar aparmaq imkanı verəcək. Ağ Evin məlumatına görə, 2024-cü ildə ABŞ-nin Çinlə ticarət balansı defisiti 300 milyard dollar təşkil edib. Danışıqların əsas məqsədi ABŞ ixracının Çinə artırılması, həmçinin milli təhlükəsizlik və iqtisadi məsələlərin həllidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31