Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı əsas məqsədini açıqlayıb
10:27 DünyaABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna münaqişəsinin həllində əsas məqsədi Rusiya lideri Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşünü təşkil etməkdir.
Olaylar.az xəbər verir ki, Tramp bunu Ağ Evdə keçirilən konfransda səsləndirib.
"Yekun məqsəd odur ki, hər ikisi eyni otaqda olsunlar", - deyə o vurğulayıb.
Qeyd edək ki, Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin avqustun 15-də ABŞ-ın Alyaska ştatında görüşəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31