Almaniyada qaz tədarükü ilə bağlı fırıldaqlar üzrə istintaq aparılır - ÖZƏL

Almaniyanın Federal Şəbəkə Agentliyi ölkədə qaz tədarükü zamanı mümkün pozuntularla bağlı araşdırma aparır.

Olaylar bu barədə "Bloomberg" agentliyi tənzimləyicinin məktubuna istinadən xəbər verib.

Qeyd olunur ki, söhbət may ayının ortasından iyulun ortasına qədər qaz bazarında baş verən manipulyasiyalardan gedir ki, bunun nəticəsində Trading Hub Europe şirkəti təxminən 60 milyon avro itirmiş ola bilər.

Bundan əvvəl Polşiyanın tarixində ən böyük neft və qaz yatağının ölkənin şimal-qərbində, Şetsin şəhəri yaxınlığında aşkarlandığı bildirilmişdi.

Bild tabloidinin yazdığına görə, Baltik dənizi sahilində yerləşən Almaniyanın Heringzdorf kurort şəhərinin meri Laura İzabel Marisken Polşada böyük neft və qaz yatağının aşkar edilməsi ilə bağlı məlumatlardan narahatlığını ifadə edib.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31