Cümə günü çox vacibdir, çünki Putin bu dəhşətli… – Baş katib
16:38 Dünya"Cümə günü ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında Alyaskada baş tutacaq görüş Ukraynada müharibənin sona çatdırılması üçün əsl sınaq olacaq".
Olaylar.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte deyib.
Rutte bunun əsasən Putinin sınağı olacağını bildirib:
"Gələn cümə günü vacib olacaq, çünki söhbət Putini sınamaqdan, onun bu dəhşətli müharibəni sona çatdırmaqda nə qədər ciddi olduğunu öyrənməkdən gedir. Müzakirə ərazi məsələsi, təhlükəsizlik təminatı və Ukraynanın öz gələcəyini təmin etməsi, hərbi sərhədlərinin olmaması mövzuları ətrafında aparılacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31