İran ABŞ-lə yalnız vasitəçilər üzərindən əlaqə saxlayır – ÖZƏL
14:11 Dünyaİran ABŞ-lə danışıqları hələlik bərpa etməsə də, iki ölkə arasında mesaj mübadiləsi vasitəçi ölkələr üzərindən davam edir. Olaylar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai həftəlik brifinqdə bildirib. Onun sözlərinə görə, ABŞ-lə müxtəlif mövzularda mesajlar həm İsveçrənin İranda fəaliyyət göstərən ABŞ maraqlar bölməsi, həm də digər vasitəçi ölkələr vasitəsilə ötürülür:
"Mesajları ABŞ-ə həm İsveçrə səfirliyi nəzdindəki ABŞ maraqlar bölməsi, həm də üçüncü ölkələr vasitəsilə çatdırırıq, onlar da bizə ABŞ-nin cavabını göndərirlər." Bəqai vurğulayıb ki, İran hələlik ABŞ-lə yeni formatda danışıqların bərpası barədə qərar verməyib və Norveçdə növbəti raundun keçiriləcəyi ilə bağlı yayılan xəbərləri təsdiqləmir.