Litva Belarus sərhədində hərbi təlimlərə başlayır - ÖZƏL

Litvada "Arsus vilkas-2025" ("Qəzəbli canavar-2025") adlı taktiki hərbi təlimlərə start verilib. Təlimlər 11-20 avqust tarixlərində Belarusun Qrodno vilayəti ilə sərhəddə yerləşən Varena rayonunda keçirilir. Olaylar.az xəbər verir ki, Litva Müdafiə Nazirliyinin məlumatına görə, təlimlər zamanı bölgədə hərbi texnikanın intensiv hərəkəti gözlənilir. Nazirlik vətəndaşları yollarda yaranacaq mümkün sıxlığa qarşı diqqətli olmağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31