Avstraliya sentyabrda BMT-də Fələstini dövlət kimi tanıyacaq – ÖZƏL

Avstraliya sentyabr ayında BMT Baş Assambleyasında Fələstini dövlət kimi tanıyacaq. 

Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Entoni Albanese Sydney Morning Herald nəşrinə açıqlamasında bildirib.

"Avstraliya Fələstin xalqının öz dövlətinə sahib olmaq hüququnu tanıyır", - deyə baş nazir vurğulayıb.

Albanese əlavə edib ki, tanınma prosesi yalnız Fələstin Milli Administrasiyasının bildirdiyi öhdəliklər - o cümlədən HƏMAS hərəkatının dövlət idarəçiliyində iştirak etməməsi - yerinə yetirildiyi halda həyata keçiriləcək.

Baş nazir həmçinin İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışdığını və ona Qəzza zolağında problemin hərbi yolla deyil, siyasi yolla həllinin vacibliyini çatdırdığını qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31