İran və Avropa ölkələri arasında danışıqlar davam edir – ÖZƏL
12:30 DünyaOlaylar.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib ki, İran ilə Avropa ölkələri arasında danışıqlar davam edir, lakin növbəti mərhələnin yeri və tarixi hələ müəyyən edilməyib.
"Biz deyə bilmərik ki, proses dayandırılıb. İki həftə əvvəl İstanbulda keçirilən görüşdə tərəflər danışıqların davam etdirilməsi barədə razılığa gəlib. Sadəcə olaraq, növbəti mərhələnin tarixi və məkanı hələ müəyyənləşməyib. Bu isə o demək deyil ki, danışıqlar dayandırılıb," - deyə Bəqai vurğulayıb.
Mehr xəbər agentliyinin məlumatına görə, XİN rəsmisi əlavə edib ki, İran, görüşün vaxtı və məkanının dəqiqləşdirilməsi üçün qarşı tərəflə əlaqələri davam etdirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31