Böyük Britaniya altı ay gizli şəkildə Fələstin planı hazırlayıb – ÖZƏL

Böyük Britaniya altı ay ərzində Fələstin böhranının həlli üzrə gizli plan hazırlayıb. 

Olaylar.az xəbər verir ki, bu barədə The New York Times (NYT) qəzetinə istinadən məlumat verilib.

Məlumata görə, səkkiz bənddən ibarət plan 29 iyul tarixində Birləşmiş Krallığın Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell tərəfindən Avropa siyasətçilərinə təqdim olunub. Pauell əvvəllər Şimali İrlandiyada protestant-yunionistlərlə katolik-millətçilər arasında silahlı qarşıdurmaya son qoyan və hərbiləşdirilmiş qruplaşmaların tərksilahını nəzərdə tutan Belfast Sazişinin ("Yaxşı Cümə Sazişi") müəlliflərindən biri olub. O vaxtdan bəri hökumətə bir neçə münaqişə üzrə məsləhətçi kimi xidmət göstərib.

NYT yazır ki, planın təqdimatından bir gün sonra Ərəb Dövlətləri Liqasının (ƏDL) 22 üzvü BMT-nin Fələstin üzrə konfransının yekun sənədini imzalayıb. Bu sənəddə Britaniyanın hazırladığı planın əsas hədəfləri öz əksini tapıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31