Ukrayna-Rusiya müharibəsi SONA ÇATIR - Zaman açıqlandı

Rusiyanın "Rossiya 1" telekanalının "Həftənin xəbərləri" proqramında yayımlanan verilişdə yaxınlaşan Alyaska sammiti olduqca pozitiv qiymətləndirilib. Proqramda görüş "Sülh şansları" başlığı altında təqdim olunur.

Olaylar.az xəbər verir ki, verilişdə həmçinin qeyd edilir ki, "Avropanın danışıqlarda yeri yoxdur".

"Bu, Rusiya və ABŞ arasında bir görüşdür və başqa səslər orada eşidilməyəcək," - deyə proqramda həm Avropaya, həm də Ukrayna Prezidenti Zelenskiyə işarə edilir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında keçiriləcək Alyaska görüşü avqustun 15-də baş tutacaq. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31