Trampın “ərazi mübadiləsi” təklifinə Zelenskidən cavab
15:02 DünyaUkraynanın ərazisi ilə bağlı sualın cavabı artıq Ukrayna Konstitusiyasında var. Bundan heç kim geri çəkilməyəcək və ya geri çəkilə bilməyəcək. Ukraynalılar öz torpaqlarını işğalçıya verməyəcəklər.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Trampın Ukrayna-Rusiya müharibəsinin həlli üçün "ərazi mübadilələrinin mümkünlüyü" barədə açıqlamasını şərh edərkən bildirib.
"Ukrayna sülh gətirə biləcək real həll yollarına hazırdır. Bizə qarşı olan istənilən qərar, Ukraynasız istənilən qərar eyni zamanda sülhə qarşı qərarlardır. Onlar heç nə verməyəcək. Bunlar ölü qərarlardır, heç vaxt işləməyəcəklər", - Zelenski qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31