Moskva Trampla Putinin ikinci görüşünə hazırlaşır - Dəvət də göndərilib
08:49 DünyaMoskva Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Alyaskadan sonra növbəti görüşün Rusiya ərazisində baş tutacağını gözləyir.
Musavat.com xəbər verir ki, bunu Putinin köməkçisi Yuri Uşakov avqustun 15-də Rusiya və ABŞ prezidentlərinin sammiti üçün məkan kimi Alyaskanın seçilməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, artıq Trampa dəvət göndəriblər: "İrəliyə baxsaq, təbii ki, prezidentlərin - Vladimir Putin və Donald Trampın növbəti görüşünün Rusiya ərazisində baş tutmasını hədəfləməliyik. Müvafiq dəvət artıq ABŞ prezidentinə çatdırılıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31