Hindistandan AÇIQLAMA: ABŞ-la danışıqlar davam edir

Hindistan ABŞ-dan yeni silah və təyyarə alışı planlarının dayandırıldığı barədə xəbərləri təkzib edib.

Olaylar xəbər verir ki, Hindistan Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmisi "Sputnik"ə verdiyi açıqlamada, həmin xəbərlərin uydurma və yalan olduğu vurğulayıb.

Hindistan rəsmisi, müxtəlif tenderlərin mövcud prosedurlara uyğun olaraq davam etdiyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31