Si Cinpin: Çin Rusiya və ABŞ-nin dialoqunu və əməkdaşlığını alqışlayır – ÖZƏL

Çin, Rusiya və ABŞ-nin əlaqələri davam etdirməsindən və münasibətlərin yaxşılaşmasından məmnundur. 

Olaylar.az xəbər verir ki, bu fikri Çin Xalq Respublikasının sədri Si Cinpin Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı bildirib.

"Məmnuniyyətlə görürük ki, Rusiya və ABŞ əlaqələri saxlayır, qarşılıqlı münasibətləri yaxşılaşdırır və Ukrayna böhranının siyasi yolla həllinə doğru irəliləyirlər", - deyə Si Cinpinin sözlərini Çin Mərkəzi Televiziyası yayıb.

Məlumata görə, Çin lideri danışıqlar zamanı Pekinin prinsipial mövqeyini açıqlayaraq vurğulayıb ki, mürəkkəb problemlərin sadə həlli yoxdur. "Vəziyyət necə dəyişməsindən asılı olmayaraq, Çin ardıcıl mövqeyini qoruyacaq və barışıqla bağlı danışıqlara israrlı şəkildə dəstək verəcək", - deyə Si Cinpin bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31