Almaniya İsrailə Qəzzada istifadə oluna biləcək silah ixracını dayandırıb – ÖZƏL
16:35 DünyaAlmaniya hökuməti İsrailə Qəzza zolağında istifadə oluna biləcək silah tədarükünə icazələrin verilməsini müvəqqəti dayandırıb.
Olaylar.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Mers jurnalistlərə açıqlama verib.
Mers bildirib ki, İsrail hökumətinin ötən gecə qəbul etdiyi Qəzza zolağında daha sərt hərbi əməliyyatlar aparılması qərarı fonunda Almaniya hökuməti hədəflərin necə reallaşacağı məsələsini getdikcə daha az aydın görür.
"Belə şəraitdə Almaniya hökuməti hələlik Qəzza zolağında istifadə oluna biləcək hərbi məhsulların ixracına icazə verməyəcək", - deyə kansler vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31