Almaniyada yüzlərlə naməlum dron uçuşu qeydə alınıb – ÖZƏL

Almaniyada 2025-ci ilin ilk üç ayı ərzində yüzlərlə naməlum pilotsuz uçuş aparatı (PUA) vacib obyektlər, o cümlədən hərbi bazalar üzərində uçuşlar həyata keçirib. Olaylar.az xəbər verir ki, bu barədə Bild qəzeti Almaniya Federal Cinayət Polisi İdarəsinin (BKA) gizli hesabatına istinadən məlumat yayıb.
Hesabata əsasən, ilin ilk üç ayında ümumilikdə 270 naməlum dron uçuşu qeydə alınıb. Onlardan 55 hadisədə bir neçə dronun birlikdə uçuş etdiyi bildirildiyindən, müşahidə olunan ümumi dron sayı 500-dən çox olub.
PUA-ların əksəriyyəti axşam və ya gecə saatlarında, əsasən iş günlərində müşahidə olunub (hadisələrin 73%-i). Ən çox uçuşlar hərbi obyektlərin yaxınlığında qeydə alınıb - ümumilikdə 117 hadisə. Ən çox dron görülən yerlər sırasına Vilhelmshafen hərbi-dəniz bazası və ABŞ-ə məxsus Ramştayn hərbi hava bazası daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31